Logo

Təhsil idarəsinin əməkdaşları Mingəçevirdə 20 nömrəli tam orta məktəbdə olublar - FOTO

25.12.2023 22:11 198 baxış
IMG

Dekabrın 25-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin struktur bölmə rəhbər və əməkdaşları kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələrinin iştirakı ilə Mingəçevir şəhər 20 nömrəli tam orta məktəbə baş çəkiblər.

Tehsil.biz xəbər verir ki, təhsil idarəsinin əməkdaşları tərəfindən məktəbin tədris prosesi izlənilib, eyni zamanda istilik sisteminin cari vəziyyəti ilə bağlı maraqlanılıb, məktəbin ümumi binasına baxış keçirilib.

Qeyd edək ki, bu gündən etibarən Mingəçevir şəhər 20 nömrəli tam orta məktəbdə istiliyin tam şəkildə təmin olunması həyata keçirilib.

Xəbər lenti