Logo

Gəncədə turizm peşələri üzrə əmək yarmarkası keçirilib - FOTO

26.12.2023 10:30 152 baxış
IMG

Dövlət Turizm Agentliyinin Gəncə Regional Turizm İdarəsinin təşkilatçılığı ilə "Gənc turizmçilərin şəbəkələşmə və əmək yarmarkası" keçirilib.

Agentlikdən "Tehsil.biz"ə verilən məlumata görə, yarmarkada iştirak 180-dən çox tələbəyə müxtəlif dövlət qurumları, təhsil müəssisələri, eləcə də turizm sənayesinin müxtəlf istiqamətləri üzrə fəaliyyət göstərən müəssisələr (yerləşmə, iaşə və əyləncə, startaplar) daxil olmaqla 31 müəssisə üzrə iş imkanları təqdim edilib.

Yarmarkanın keçirilməsində əsas məqsəd tələbələrin iş imkanlarına əlçatımlığının təmini və rəqabətqabiliyyətli kadrların sənaye ilə birbaşa əlaqələrinin genişləndirilməsidir.

Tədbir Dövlət Turizm Agentliyinin “Azərbaycanın Turizm Strategiyası 2023-2026” sənədinin 9 təməl prioritetlərindən biri olan turizm sektorundan insan resurslarının inkişafı istiqamətlərini hədəfləyir.

Gəncədə turizm peşələri üzrə əmək yarmarkası keçirilib

Gəncədə turizm peşələri üzrə əmək yarmarkası keçirilib

Xəbər lenti