"Son illərdə xarici vətəndaşlar üçün təhsil müəssisələrinə müraciət və yaşayış icazələrinin alınması üçün xeyli iş görülüb".
Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli jurnalistlərə açıqlamasında bildirib.
O, Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayının 10 minə çatdığını bildirib.
"Bu, Azərbaycan təhsili tarixində rekord rəqəmdir", - nazir müavini qeyd edib.
Kənan Nağıbəyli