Logo

Alimlər immuniteti gücləndirən virus aşkarlayıblar

26.12.2023 11:58 193 baxış
IMG

Rusiyalı tədqiqatçılar VSV virusu bazasında yeni onkolitik preparat yaradıblar, o, təkcə xərçəng hüceyrələrini məhv etmir, həm də şişlə daha fəal şəkildə mübarizə aparmaq üçün immuniteti gücləndirir.

Tehsil.biz xəbər verir ki, bu barədə tədqiqatçıların “International Journal of Molecular Sciences” elmi nəşrində dərc edilmiş məqaləsində qeyd edilir.

Bildirilir ki, bu virus siçanlarda implant edilmiş şişlərin böyüməsini əhəmiyyətli dərəcədə yavaşladıb və ömürlərini uzadıb.

"VSV virusunun bir çox üstünlükləri var, ona qarşı immunitet yoxdur, onun genomuna düzəliş etmək asandır və eyni zamanda o, çoxlu sayda hüceyrə növlərində sürətlə inkişaf edə bilir. Bundan əlavə, ondan immuniteti gücləndirən molekulları şişlərə ötürmək üçün istifadə edilə bilər. Bunu nümayiş etdirmək üçün biz iki oxşar maddənin, IL-12 və GM-CSF-nin istehsalını təşviq edən virus yaratmışıq", - deyə tədqiqatda deyilir.

“Sirius” Universitetinin Translyasiya Təbabəti Elmi Mərkəzinin Gen terapiyası istiqamətinin rəhbəri Aleksandr Karabelskinin rəhbərlik etdiyi bioloqlar qrupu bu cür virusların immun sistemini daha da gücləndirəcəyi və şişlə daha fəal mübarizə aparmağa məcbur edəcəyi şəkildə modifikasiya edildiyi təqdirdə onların effektivliyini artırmağın mümkün olub-olmaması barədə danışıb.

Belə ki, alimlər VSV virusunun genomunu elə bir şəkildə modifikasiya ediblər ki, o həm şiş hüceyrələrini aktiv şəkildə məhv edib, həm də onları çox miqdarda IL-12 və GM-CSF zülalları istehsal etməyə vadar edib. Həm anadangəlmə, həm də qazanılmış immunitet formasının fəallığını artıran və şişlərlə mübarizə aparan dendritik hüceyrələrin yetişməsini sürətləndirən immunitet sisteminin siqnal molekullarıdır.

Bioloqlar tərəfindən aparılan müşahidələr onu göstərir ki, VSV virusunun hər iki variasiyası əhəmiyyətli dərəcədə (36-40 faiz) şişlərin böyüməsini yavaşladıb, bunun sayəsində onları qəbul edən siçanlar nəzarət qrupundakı fərdlərdən orta hesabla bir neçə gün daha çox yaşayıblar. Eyni zamanda, immunitetin gücləndirilməsi gəmiricilərin sağ qalmasını artırıb ki, bu da şişlərin daxilindəki aktivləşməyə onun müsbət təsirini sübuta yetirir.

Xəbər lenti