Logo

BSU-da “Elmi tədqiqatların aparılması və dissertasiyaların hazırlanması” mövzusunda təlim keçirilib - FOTO

26.12.2023 12:23 328 baxış
IMG

Dekabrın 22-də Bakı Slavyan Universitetində (BSU) universitetin magistr və doktarantlar üçün “Elmi tədqiqatların aparılması və dissertasiyaların hazırlanması” mövzusunda təlim keçirilib.

Bu barədə "Tehsil.biz"ə BSU-dan bildirilib.

Təlimdə BSU-nun Pedaqogika və psixologiya kafedrasının müdiri Piralı Əliyev çıxış edərək, elmi tədqiqat işinin aparılmasının mərhələləri, tədqiqatın strukturu və planlaşdırılması, tədqiqatın növləri, icra edilməsi barədə ətraflı məlumat verib. O, etibarlı mənbələrə əlçatanlıqdan və elmi tədqiqat mövzularının seçimi zamanı diqqət edilməsi zəruri olan meyarlardan söz açıb. müdiri Piralı Əliyev həmçinin, magistr və doktarantlara dissertasiyaların müdafiəsi ilə bağlı öz tövsiyələrini verib.

Təlimin sonunda magistr və doktarantları maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti