Logo

Səkkiz komanda UNEC Startap İnkubatorun növbəti proqramına keçid alıb - FOTO

26.12.2023 18:00 400 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Startap İnkubator tərəfindən start verilən “BootSTART-2” proqramının ənənəvi “Pitch day” tədbiri keçirilib.

UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, 6 həftəlik intensiv "BootSTART-2" proqramında iştirak etmiş 20 startap komandası “Pitch day”də öz startaplarını münsiflər heyəti qarşısında təqdim ediblər. Münsiflərin dəyərləndirməsindən sonra 8 komanda - “Yoldash”, “Ganevo”, “Generation Z”, “HobyLoc”, “Way”, “TuringSec”, “Buqələmun” və “GreenFox” UNEC Startap İnkubatorun növbəti “İnkubator+” proqramına keçid alıb.

“İnkubator+” proqramında iştirak edəcək TOP 8 startap komandası ofis rezidentliyi, “hostinq” və server dəstəyi ilə təmin ediləcək. Bazara hazır məhsulu ən tez çıxara bilən 5 komanda isə ilkin toxum investisiya ilə təmin olunacaq.

Xəbər lenti