Logo

AzTU-da günəş panelləri quraşdırılıb

26.12.2023 18:16 419 baxış
IMG

Azərbaycan Texniki Universitetində (AzTU) dayanıqlı enerji mənbələrinin yaradılması istiqamətində daha bir layihə həyata keçirilib.

AzTU-dan "Tehsil.biz"ə bildirilib ki, universitetin həyətində hər birinin gücü 500 vatt olan dörd ədəd müasir günəş panellərindən ibarət gücü 2 kVt olan günəş elektrik stansiyası istifadəyə verilib.

Universitetdə bərpa olunan enerji sahəsində təhsil alan tələbələr stansiyanın iş prinsipi ilə tanış olacaq və praktiki vərdişlərə yiyələnəcəklər.

Cari ilin iyul ayında AzTU-da yaşıl enerji texnologiyalarının tədrisi üzrə bilik və bacarıqların davamlı yüksəldilməsi, energetika sahəsində yüksəkixtisaslı kadrların hazırlanması üçün universitetin həyətində külək qurğuları da istifadəyə verilib.

Xəbər lenti