Logo

Naxçıvanın Medianın İnkişafı Agentliyi və Teleradio Şurası ləğv edilib

26.12.2023 19:38 244 baxış
IMG

“Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsi ləğv edilib.

Tehsil.biz xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Anar İbrahimov sərəncam imzalayıb.

Sərəncama əsasən, agentlik ləğv edilib və bu sərəncamdan irəli gələn bütün məsələlər Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılıb.

Bundan başqa, Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurası da ləğv edilib. Ali Məclisin sədr müavini Anar İbrahimov bununla da bağlı sərəncam imzalayıb.

Xəbər lenti