Logo

Mədəniyyət naziri İsmayıllıda vətəndaşlarla görüşəcək

27.12.2023 13:57 345 baxış
IMG

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Adil Kərimli 2024-cü il yanvarın 12-də saat 10:00-da İsmayıllı şəhəri Heydər Əliyev Mərkəzində (İsmayıllı şəhəri, Heydər Əliyev prospekti 57) İsmayıllı, Ağsu, Qobustan, Şamaxı şəhərlərindən olan vətəndaşlarla görüşəcək.

Nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, vətəndaşlar 2024-cü il yanvarın 9-dək Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin [email protected] elektron poçt ünvanı, (020) 285-31-20 telefon nömrəsi vasitəsilə və vatsap xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.

Xəbər lenti