Logo

Bu il işə qəbul olunan müəllimlərin sayı açıqlanıb

27.12.2023 15:56 423 baxış
IMG

Elm və Təhsil Nazirliyi 2023-cü il üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələrini açıqlayıb.

Nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, cari ildə 4 min 368 müəllim müddətsiz, 2 min 351 müəllim isə müddətli müqavilə əsasında işlə təmin olunub. 2 min 529 nəfər isə əlavə yerləşdirmə mərhələsi üzrə müddətli müqavilə ilə işə qəbul olunub.

Həmçinin məktəbəqədər təhsil müəssisələri üzrə 244 namizəd işlə təmin olunub.

Xəbər lenti