Bu il 15 min 57 nəfər təhsil tələbə kreditindən faydalanıb.
Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 2021-2023-cü illərdə ümumilikdə 27 min 365 tələbəyə təhsil krediti verilib. Onlardan 17 min 536-sı standart, 9 min 829-u sosial təhsil tələbə kreditidir.