Logo

UFAZ Sahibkarlıq və İnnovasiya Mərkəzi 5000 AZN ilkin toxum investisiya qazanmaq şansı təklif edir

27.12.2023 17:22 158 baxış
IMG

Azərbaycan-Fransız Universitetinin (UFAZ) Sahibkarlıq və İnnovasiya Mərkəzi "IGNITE" İnkubasiya Proqramının 2-ci dövrü üçün qeydiyyat elan edib.

Proqram vasitəsilə yaradıcı biznes ideyası olan və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən fərdlər və komandalar üçün dəstək göstəriləcək. Üç ay müddətində davam edəcək intensiv proqrama müxtəlif sahələrdən olan startaplar müraciət edə bilər. Yeganə şərt, proqramda iştirak edən komandanın ən azı bir üzvünün ya cari universitet tələbəsi olması, ya da son iki ildə məzun olmasıdır.

Proqramda iştirak haqqı qazanan startaplar aşağıdakı üstünlüklərdən faydalana biləcəklər:

- UFAZ-ın binasında xüsusi iş sahəsindən istifadə imkanı

- Təcrübəli sahibkarlar və sənaye ekspertlərindən mentorluq və təlim

- May ayında keçiriləcək Demə Günündə potensial investorlara öz startaplarını təqdim etmək şansı

- Proqram müddətində hər komanda üçün 500 AZN-dək maliyyə dəstəyi

- On uğurlu iki startap üçün 5000 AZN ilkin toxum investisiya

Əlavə olaraq, ən uğurlu startap təsisçiləri, proqram zamanı irəliləyiş və performansları tələblərə cavab verərsə, Strasburq Universitetinə maraqlı sahibkarlıq səfərinə getmək şansı əldə edəcəklər.

Proqrama müraciət üçün son tarix (09.01.2024-cü ildir. Müraciət üçün qeydiyyat linkinə keçid edin.

"IGNITE" Inkubasiya Proqramı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə həyata keçirilir.

Xəbər lenti