Logo

Dillər Universitetində ADA Universitetinin əməkdaşı ilə görüş keçirilib - FOTO

28.12.2023 12:50 274 baxış
IMG

Azərbaycan Dillər Universiteti və ADA universiteti arasında əlaqələrin genişlənməsi istiqamətində ADA universitetinin əməkdaşı ilə görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə ADA universitetinin Tələbə qəbulu şöbəsinin nümayəndəsi Mahnur Abbasova, Regionşünaslıq kafedrasının dosenti, f.ü.f.d. N.Hüseynova, müəllim S.Qurbanova, BM və Regionşünaslıq fakültəsinin Xəlifə dekanı Aynur Əhmədli, 456 a-b, 460 a-b qrup tələbələri iştirak ediblər.

M. Abbasova tələbələri ADA universitetinə qəbul qaydaları ilə tanış edib, magistratura qaydaları barədə tələbələrə ətraflı məlumat verib.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti