Logo

Peşə təhsilinə dair regional konfrans - işəgötürənlərin təklifləri dinlənib

28.12.2023 15:00 253 baxış
IMG

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində Lənkəran iqtisadi rayonunda və qonşu Salyan və Neftçala rayonlarında peşə təhsilinə olan ehtiyaclara və dövlət-özəl sektor əməkdaşlığına dair regional konfrans keçirilib. 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən "Tehsil.biz"ə bildirilib ki, konfransın əsas məqsədi “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən işəgötürənlərin peşə təhsili sisteminə cəlb edilməsi, kadr hazırlığının işəgötürənlərin tələblərinə uyğun aparılması və təhsildə dövlət-özəl sektor tərəfdaşlığı sisteminin həyata keçirilməsi olub. Tədbir həm də dövlətin iqtisadi siyasətində sahibkarlığın inkişafının əhəmiyyətini və yaradılan iş yerlərinin səriştəli işçi qüvvəsi ilə təminatı, peşə təhsili müəssisələri ilə dövlət-özəl sektoru əməkdaşlığı istiqamətində işəgötürənlərin maraq və öhdəliklərinin müəyyənləşdirilməsi məqsədi daşıyıb. 

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bildirib ki, cənub zonasında qurulan yeni peşə təhsili müəssisələri, yaradılan müasir infrastruktur kənd təsərrüfatı, mebel istehsalı, turizm, nəqliyyat və sənaye sahələrində regionun iqtisadi tələblərinə uyğun kadr hazırlığına imkan yaradır. Agentlik rəhbəri bu prosesdə işəgötürənlərin peşə təhsili müəssisələri ilə yaxından işləmələrinin əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Konfrans zamanı, həmçinin işəgötürənlərin təklifləri dinlənib, onları maraqlandıran suallar cavablandırılıb. İşəgötürən qurumların nümayəndələri xüsusilə dual təhsil modeli əsasında peşə təhsil müəssisələri ilə işin qurulmasının hər iki tərəf üçün əlverişli olduğunu qeyd ediblər.

Sonda iştirakçılar üçün Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil olunub. İştirakçılar mərkəzin mühəndis-pedaqoji heyətinin və tələbələrinin əl işləri ilə və praktiki dərsləri ilə yaxından tanış olublar.

Xəbər lenti