Logo

BDU-da aparılan tədqiqatın nəticəsi beynəlxalq jurnalda dərc edilib

28.12.2023 18:23 395 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) uğurlu elmi tədqiqatlar aparılır. İlk dəfə olaraq sprey örtük texnologiyasının köməyi ilə Neylon/TiO2 nanokompozit materiallar hazırlanıb, onların əsasında triboelektrik nanogeneratorlar (TENG) yaradılıb. Nanokompozit təbəqələrin TENG-in çıxış parametrlərinə təsiri araşdırılıb. Əldə olunan nəticələr əsasında müəyyən olunub ki, nanokompozit daxilində TiO2 nanohissəciklərinin miqdarının artması ilə belə materiallar əsasında hazırlanan TENG-in çıxış parametrləri artır. Hazırlanmış TENG-lər portativ elektron cihazların elektrik enerjisi ilə qidalandırılmasında miniatür generator kimi tətbiq oluna bilər.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Bildirilib ki, BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi, Fizika fakültəsinin lll kurs doktorantı Orxan Güləhmədovun həmmüəllifi olduğu “Neylon/TiO2 nanokompozit təbəqələri ilə triboelektrik nanogeneratorların təkmilləşdirilməsi” adlı məqalədə həmin tədqiqatlardan həhs edilir. Məqalə beynəlxalq elmi bazalarda indekslənən “MRS Communications” jurnalında (IF: 2.935) dərc olunub.

Xəbər lenti