2023-cü ildə Azərbaycanda 110 ölkədən 9 min 900-dək əcnəbi və vətəndaşlığı olmayan tələbə təhsil alır.
Tehsil.biz xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tələbələr Türkiyə, İran, Gürcüstan, Pakistan, Rusiya, Nigeriya, Hindistan, Şri-Lanka, İraq, Suriya və digər ölkələrdəndir. 2022-ci ildə onların sayı 8 min 900 nəfər, 2015-2016-cı tədris ilində isə 4 min 326 nəfər olub. Bu isə Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayının artdığını göstərir.