Logo

“MEDİA Könüllüləri” Proqramının 2021-2023-cü illər üzrə yekunlarına dair görüş olub - FOTO

28.12.2023 22:23 160 baxış
IMG

Medianın İnkişafı Agentliyinin həyata keçirdiyi “MEDİA Könüllüləri” Proqramının 2021-2023-cü illər üzrə yekunlarına həsr olunmuş görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə Medianın İnkişafı Agentliyinin “Media dəstək layihələri və strateji planlaşdırma” şöbəsinin müdiri Ləman İsgəndərova proqramın üç illik fəaliyyəti, keçirilmiş təlim və tədbirlər, proqram çərçivəsində əldə edilən nailiyyətlər, statistik göstəricilərlə bağlı təqdimatla çıxış edib. 

Daha sonra “MEDİA Könülləri” proqramı çərçivəsində 3 il müddətində təşkil edilən tədbirlərdən görüntülər, “Biz MEDİA könüllüləriyik” adlı videoçarxlar nümayiş olunub, xaricdə təhsil alan MEDİA könüllüləri Cavahir Ələkbərli, Simarə Nəsirova və Ruslan Ələsgərovun proqramla bağlı təəssüratlarının əks olunduğu videomüraciət dinlənilib.

Qeyd edək ki, “MEDİA Könüllüləri” Proqramının əsas missiyası medianın inkişafının gənclərin təşəbbüsləri əsasında təqdim olunan layihələrlə dəstəklənməsi, gənclərin bu sahədə maarifləndirilməsi və müvafiq prosesdə aktiv iştirakının təmin edilməsi, onların şəxsi və peşəkar inkişaflarına töhfə verilməsidir.

Xəbər lenti