Dekabrın 26-da Bakı Slavyan Universiteti (BSU) Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən "Azərbaycanda beynəlxalq təhsil imkanları" Forumunda təmsil olunub.
Bu barədə "Tehsil.biz"ə BSU-dan bildirilib.
Forumda universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru Aytən Bayramova, Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşları və BSU-nun bir qrup əcnəbi tələbəsi iştirak ediblər.
Forumda “Əcnəbi vətəndaşların cəlbinin təşviqi və təşkili” və “Beynəlxalq reytinq cədvəllərində iştirak və proqramların akkreditasiyası” mövzuları üzrə panel müzakirələri keçirilib.
.jpeg)