Logo

BMU tələbələri Neft Emalı Zavodunda təcrübə gəzintisində olublar - FOTO

29.12.2023 15:59 370 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) bir qrup tələbəsi “SOCAR Downstream Management” MMC-nin Heydər Əliyev adına Neft Emalı Zavodunda təcrübə gəzintisində olublar.

Tehsil.biz xəbər verir ki, BMU-nun Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkilatçılığı ilə neft kimyası fənni üzrə istehsalat müəssisəsinə gerçəkləşdirilən səfərdə kimya müəllimliyi ixtisasının IV kurs tələbələri iştirak ediblər.

Tələbələr neftin ilkin emalı prosesi, katalitik krekinq və qurğuların ümumi idarəetmə sisteminin işləmə prinsipini əyani şəkildə izləyiblər.

Xəbər lenti