Logo

Şəki Regional Elmi Mərkəzinin Ümumi Yığıncağı keçirilib

29.12.2023 16:39 148 baxış
IMG

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ümumi Yığıncağı keçirilib.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

Yığıncaqda Elmi şura üzvləri, elmi işçilər və Şəki REM-in digər əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Şəki REM-in direktoru fizika-riyaziyyat üzrə fəlsəfə doktoru dosent Yusif Şükürlü iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Gündəlik səsə qoyularaq qəbul edilib.

Şəki Regional Elmi Mərkəzinin elmi işlər üzrə direktor müavini biologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizov gündəlikdəki ilk məsələ - AMEA-nın Şəki REM-nin 2023-cü il elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair məlumat verib.

Qeyd edib ki, 2023-cü ildə Şəki REM-də 1 elmlər doktoru, 1 fəlsəfə doktoru müdafiəsi olub, Mərkəzin əməkdaşlarının 37 elmi, elmi-kütləvi məqalə və konfrans materialları çap edilib ki, bu da ötən illərlə müqayisədə xeyli fərq yaradır. Elmi-təşkilati fəaliyyətlərlə bağlı danışarkən Fərhad Əzizov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı 21 tədbir, Şuşa ilə bağlı 2 tədbir, ŞREM-in əməkdaşlarının bilavasitə iştirakı ilə 43 tədbir, ümumilikdə isə 66 tədbir həyata keçirilib.

Daha sonra Şəki REM-in Həmkarlar Təşkilatının fəaliyyətinə dair Aqil Mustafayevin, Mülki Müdafiə Qərargahının fəaliyyətinə dair Qüdrət Bəkirovun, Şəki REM-in təcrübə təsərrüfatının fəaliyyətinə dair Tacəddin İbrahimxəlilovun, Təchizat və xidmət şöbəsinin fəaliyyətinə dair Qismət Əhmədovun, Elektron xidmətlər şöbəsinin fəaliyyətinə dair Namiq Abdurahmanovun hesabatları dinlənilib.

Sonda Yusif Şükürlü 4-5 dekabr 2023-cü il tarixlərində Şəki REM-də keçirilən “Regionlarda elmin inkişaf strategiyası Heydər Əliyev zəkasının işığında” mövzusunda beynəlxalq elmi konfransın bu ilin ən böyük uğuru olduğunu bildirib, tədbirin yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb. O, konfransın təşkilində əməyi olan Şəki REM-in əməkdaşlarına Təşəkkürnamələr təqdim edib.

Xəbər lenti