Logo

"Gənc İstedadlar” liseyində Həmrəylik Günü və Yeni il tədbiri keçirilib - FOTO

29.12.2023 19:47 410 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc İstedadlar” liseyində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib.

Bu barədə "Tehsil.biz"ə liseydən məlumat verilib.

Tədbirdə liseyin direktoru Arif Bağırov Ümummilli Lider Heydər Əliyevin müstəsna tarixi xidmətlərini, zəngin dövlətçilik təcrübəsinin əhəmiyyətini vurğulayıb. O, Ulu Öndərin elmə, təhsilə göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb.

A.Bağırov bayram münasibətilə müəllim və şagirdləri təbrik edib, xoş arzularını bildirib.

Sonra lisey şagirdləri şeirlər söyləyib, mahnılar və rəqslər ifa ediblər.

Xəbər lenti