Logo

BDU-da qış imtahan sessiyası yanvarın 7-dən başlayacaq

29.12.2023 20:50 398 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) 2023-2024-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası 2024-cü il yanvarın 7-də başlayacaq.

Universitetdən "Tehsil.biz"ə verilən məlumata görə, bu barədə BDU Elmi şurasının bu gün keçirilən iclasında qərar qəbul olunub.

İmtahanlar yazılı və şifahi olmaqla iki növbədə (saat 10:00-13:00 və 14:00-17:00) keçiriləcək.

İmtahan sessiyası zamanı üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2024-cü ilin fevral ayının 5-dən 14-dək şərait yaradılacaq.

Ayrı-ayrı fənlər üzrə auditoriya saatlarının 25 faizdən çoxunda iştirak etməyən tələbələr həmin fəndən imtahana buraxılmayacaqlar.

Xəbər lenti