Logo

Milli Kitabxanada Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub - FOTO

30.12.2023 15:56 291 baxış
IMG

Dekabrın 30-da Milli Kitabxanada 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar tədbir keçirilib.

Kitabxanadan "Tehsil.biz"ə verilən məlumata görə, Milli Kitabxananın direktoru Kərim Tahirov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu günün Azərbaycan tarixindəki önəmindən, xalqımızın daima birlik nümayiş etdirməsindən, haqq səsimizin dünyaya çatdırılması işində həmrəyliyimizin əhəmiyyətindən danışıb.

O, həmçinin Azərbaycan mədəniyyətinin, tarixinin digər ölkələrdə təbliğ olunması məqsədilə xaricdə yaşayan həmvətənlərimiz tərəfindən həyata keçirilən tədbirləri qeyd edərək, Milli Kitabxananın bu yolda həmvətənlərimizə göstərdiyi dəstəkdən bəhs edib.

Tədbir çərçivəsində “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” adlı ənənəvi kitab sərgisinin təqdimatı olub.

Xəbər lenti