Logo

Milli Kitabxanada Həmrəylik Günü ilə bağlı virtual sərgi hazırlanıb

30.12.2023 22:05 152 baxış
IMG

Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” adlı virtual və eyniadlı ənənəvi sərgi hazırlanıb.

Tehsil.biz xəbər verir ki, sərgidə Azərbaycanın görkəmli şəxslərinin müdrik kəlamları, mövzu ilə əlaqədar fotolar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr, Heydər Əliyev və Azərbaycan dövlətçiliyi, Azərbaycan diasporunun təşəkkülü, fəaliyyət tarixi və digər mövzularda, ənənəvi sərgidə Milli Kitabxananın fondunda mühafizə olunan azərbaycanşünaslıq, azərbaycançılıq ideologiyası və başqa mövzularda Azərbaycan və digər dillərdə kitablar nümayiş olunub.

Virtual sərgi ilə http://anl.az/el/vsb/  linki vasitəsilə tanış olmaq mümkündür.

Xəbər lenti