Logo

Peşə təhsili alan 28 nəfərə tələbə krediti verilib

31.12.2023 15:29 247 baxış
IMG

Peşə təhsili alan 28 tələbəyə ilk dəfə olaraq 7675 manat məbləğində təhsil tələbə krediti verilib.

Peşə Təhsil üzrə Dövlət Agentliyindən "Tehsil.biz"ə bildirilib ki, cari ildə 6 yeni ixtisas üzrə təhsil proqramı hazırlanıb.

2023/2024-cü tədris ili üzrə yüksək texniki peşə təhsili səviyyəsi üzrə kompüter şəbəkələri və şəbəkə inzibatçılığı, kənd təsərrüfatı və inşaat texnikasının (maşınlarının) istismarı, texniki peşə təhsili səviyyəsi üzrə rabitə quraşdırıcısı-kabelçi, kombi və kondisioner ustası, planer və mühərrik üzrə mexanik, unüyütmə istehsalının aparatçısı olmaqla ümumilikdə 6 yeni ixtisas üzrə səriştəəsaslı təhsil proqramları hazırlanıb.

Yeni ixtisas və proqramların yaradılması zamanı işəgötürənlərdən gələn tələblər, ixtisasın tədris olunduğu regionun ümumi sosial-iqtisadi inkişaf meyilləri nəzərə alınıb və əmək bazarının tələblərinə uyğunlaşdırılıb.

Xəbər lenti