Logo

Peşə təhsili üzrə 22 dərsliyin Azərbaycan dilinə tərcüməsinə başlanılıb

31.12.2023 16:03 183 baxış
IMG

Bu il peşə təhsili alan tələbələr üçün xarici ölkələrdə tədris olunan 22 dərsliyin Azərbaycan dilinə tərcüməsinə başlanılıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən "Tehsil.biz"ə bildirilib ki, 2023-cü ilin son rübündən türkcə 16, ingiliscə 4, almanca 2 dərsliyin tərcüməsi aparılır. Tərcümədə olan Türkiyənin peşə təhsili dərslikləri qida təhlükəsizliyi, satış, İKT, poliqrafiya və s. sahələri, Böyük Britaniya və Almaniyanın dərslikləri isə elektronika, logistika, metal mühəndisliyi sahələrini əhatə edir.

Xəbər lenti