Logo

Təqaüddə olan MDU əməkdaşları evlərində ziyarət olunub - FOTO

31.12.2023 17:52 501 baxış
IMG

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibətilə bu ali təhsil müəssisəsinin hazırda təqaüddə olan keçmiş əməkdaşları Sevda Mikayılova, Qəhrəman Kələşov və Eldar Məhərrəmovu evlərində ziyarət edib.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, MDU ailəsinin təqaüddə olan üzvləri ilə görüşlərdə rektor universitetin inkişafında uzunmüddətli fəaliyyətlərinə görə onlara təşəkkürünü bildirib və bayram təbriklərini çatdırıb.

Keçmiş əməkdaşlar göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə edib və yeni ildə universitet kollektivinə uğurlar arzulayıblar.

Xəbər lenti