Logo

“Heydər Əliyev rəssamlarla” adlı fotosərgi açılıb - FOTO

01.01.2024 10:00 166 baxış
IMG

Dekabrın 30-da Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə "Heydər Əliyev rəssamlarla" adlı fotosərginin açılış mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda gerçəkləşən sərginin açılışında mədəniyyət naziri Adil Kərimli, İttifaqın sədri, Xalq rəssamı Fərhad Xəlilov, tanınmış fırça ustaları və sənətsevərlər iştirak ediblər.

Sərgidə mədəniyyətimizin böyük himayədarı, Ulu Öndər Heydər Əliyevin vaxtilə ziyarət etdiyi rəsm sərgilərindən çəkilmiş fotolar nümayiş etdirilib.

Xəbər lenti