Tədris bazası kimi fəaliyyət göstərən tibb müəssisələrində tibbi xidmətlərin göstərilməsi əlavə dəyər vergisindən (ƏDV) azad edilib.
"Tehsil.biz"in məlumatına görə, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, tədris bazası kimi fəaliyyət göstərən tibb müəssisələrində tibbi xidmətlərin göstərilməsi 2024-cü ilin yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilib.