Logo

BDU-nun əməkdaşı Almaniyada dərman daşıma sistemlərinin xərçəng əleyhinə effektivliyini sınaqdan keçirəcək

01.01.2024 16:18 333 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının elmi işçisi Aynurə Kərimova Almaniyanın Heydelberq Univerisitetinin Manhaym Tibb fakültəsinin nəzdində Cərrahiyə Klinikasında təcrübə keçəcək.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Bildirilib ki, 2024-cü il yanvarın 1-dən 31-dək davam edəcək təcrübə zamanı A.Kərimova hüceyrə xətləri üzərində yeni tədqiqat metodlarının öyrənilməsi, eləcə də Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasında hazırlanan müxtəlif dərman daşıma sistemlərinin xərçəng hüceyrələrində sınaqdan keçirilməsi üzrə tədqiqatlar aparacaq.

Yeni yaradılan dərman daşıma sistemlərinin xərçəng əleyhinə effektivliyinin sınanılması nəzərdə tutulur.

Xəbər lenti