Logo

Beynəlxalq idman yarışları ilə bağlı vergi güzəşti qüvvəyə minib

01.01.2024 19:41 294 baxış
IMG

Bu gündən beynəlxalq idman yarışları ilə bağlı respublika idman federasiyaları (assosiasiyaları) üçün vergi güzəşti tətbiq ediləcək.

Tehsil.biz xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, beynəlxalq, ölkələrarası idman yarışları ilə bağlı respublika idman federasiyaları (assosiasiyaları) tərəfindən verilən mükafatların tam dəyəri gəlir vergisindən azad edilib.

Xəbər lenti