Logo

“Sadəcə Niyazi” adlı yeni kitabı işıq üzü görüb

01.01.2024 21:00 163 baxış
IMG

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Əlisəfdər Hüseynovun “Sadəcə Niyazi” adlı yeni kitabı işıq üzü görüb. 

Tehsil.biz xəbər verir ki, kitab dünyaşöhrətli dirijor, bəstəkar, ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazi Tağızadə-Hacıbəyova həsr olunub.

Kitabda müəllifin görkəmli sənətkarı necə var, elə - milli ruha bağlı azərbaycanlı, fitri istedada malik güzəştsiz, prinsipial musiqiçi, vəfalı sevgili, etibarlı dost kimi tanıdan oçerk, esse və sənədli hekayələri toplanıb.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Xəbər lenti