Azərbaycan Dillər Universitetinin ADU) Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzində "İbtidai təhsilin kurikulumu" üzrə təlim kursu təşkil olunub.
Bu barədə "Tehsil.biz"ə ADU-dan məlumat verilib.
Bildirilib ki, Pedaqogika kafedrasının müəllimi Samirə İbrahimovanın spikerliyi ilə keçirilmiş təlimlərdə müəllimlər kurikulumun mahiyyəti, məzmunu, quruluşu, kompetensiyalar, təlimin üsulları formaları və s. modullar üzrə geniş məlumat almış, tədqiqat sualları əsasında müzakirələr aparıblar.
"Keçmişə məktub" texnikasının tətbiqi zamanı iştirakçılar ibtidai sinif müəllimlərinə "məktub" yazmış, emosiyalarını bölüşüblər.
Təlim kursunun yekununda iştirakçılar sertifikatla mükafatlandırılmış, spiker isə təşəkkürnamə ilə təltif olunub.
Qeyd edək ki, Pedaqogika kafedrasının təşkilatçılığı ilə silsilə təlim və seminarların keçirilməsi nəzərdə tutulub.