Bakı Ali Neft Məktəbinin (BANM) Hazırlıq ili tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təşkil olunan intellektual yarışın final mərhələsi keçirilib.
Tehsil.biz xəbər verir ki, yarışı izləyən BANM-in rektoru Elmar Qasımov tələbələrə uğurlar arzulayaraq bu yarışların onların biliklərinin artırılmasında rolu olduğunu bildirib və tələbələri yarışlarda fəal olmağa çağırıb.
İntellektual yarışın final mərhələsində hər birində 3 nəfər olmaqla ümumilikdə 5 komanda yarışıb. Ümummilli Lider, Azərbaycan tarixi və dünyagörüşlə bağlı sualların səsləndirildiyi yarışın qalibi “Qrup 25” komandası olub.
Böyük maraqla qarşılanan yarış çərçivəsində auditoriyaya da suallar ünvanlanıb və qaliblərə hədiyyələr təqdim olunub, həmçinin tələbələr mahnı və şeirlər səsləndirib, müxtəlif musiqi alətlərində ifa ediblər.



