Logo

Şair Nüsrət Kəsəmənlinin xatirəsi festivalla yad edilib - FOTO

01.01.2024 23:35 160 baxış
IMG

Pirallahı rayon Gənclər Mərkəzində şair Nüsrət Kəsəmənlinin əziz xatirəsinə həsr olunmuş gənclərin yaradıcılıq festivalı keçirilib.

Rayon icra hakimiyyətindən "Tehsil.biz"ə verilən məlumata görə, festivalda rayondakı təhsil və musiqi müəssisələrinin müəllim və şagirdləri iştirak ediblər.

Əvvəlcə rayon məktəblilərinin əl işlərindən ibarət rəsm sərgisinə baxış olub. 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və 14 nömrəli Uşaq Musiqi Məktəbi yetirmələrinin ifasında nəğməkar şair Nüsrət Kəsəmənlinin şerləri səsləndirilib, şeirlərinə yazılmış musiqilər ifa olunub.

Festivalda iştirakçılara Bakı Şəhər Gənclər və İdman İdarəsinin sertifikatları təqdim edilib, xatirə şəkilləri çəkilib.

Xəbər lenti