Logo

BAU-da “Tarixımizi sevək və sevdirək” adlı intellektual oyun keçirilib - FOTO

02.01.2024 11:23 384 baxış
IMG

Bakı Avrasiya Universitetinin Regionşünaslıq və İqtisadiyyat fakültəsində Humanitar fənlər və regionşünaslıq kafedrasının təşkilatçılığı ilə kafedranın əməkdaşları dosent Jalə İsmayılova, müəllimlər Məleykə Adıgözəlova və Aygün İsmayılovanın rəhbərliyi altında universitetin birinci kurs tələbələri arasında “Tariximizi sevək və sevdirək” adlı intellektual oyun keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə Tədrisin təşkili departamentinin rəhbəri Natella Quliyeva, Regionşünaslıq və İqtisadiyyat fakültəsinin dekanı dosent Mütəllim Rəhimov, kafedra müdiri dosent Aybəniz Rüstəmova, dosent Elnur Kəlbizadə və digər əməkdaşlar da iştirak edərək tələbələrə dəstək nümayiş etdiriblər.

Müxtəlif ixtisas qruplarını əhatə edən yarışma 3 mərhələdən ibarət olmaqla, 12 komanda arasında keçirilib. Gərgin rəqabət şəraitində baş verən yarışda sonda 3 komanda qalib olub.Yarışın sonunda onlara kubok, medallar, sertifikatlar və müxtəlif hədiyyələr təqdim olunub.

Xəbər lenti