Logo

Kiber-fiziki sistemlərin intellektual analizi və sintezi problemləri üzrə tədqiqatlar aparılır

02.01.2024 17:01 305 baxış
IMG

Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunda “Sənaye 4.0” platformasında kiber-fiziki sistemlərin intellektual analizi və sintezi problemləri üzrə tədqiqatlar aparılır.

Tehsil.biz xəbər verir ki, bu barədə Elmi şuranın növbəti iclasında şöbə müdiri Şakir Mehdiyev bildirib.

O, müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsi istiqamətində “Sənaye 4.0” platformasında kiber-fiziki sistemlərin intellektual analizi və sintezi problemləri üzrə aparılan tədqiqatlar barədə məlumat verib.

Məruzəçi bildirib ki, cari il ərzində bu problem çərçivəsində “Kiber-fiziki sistemlərin dayanıqlığının təmin edilməsi üçün metod və alqoritmlərin işlənməsi”, “Kiber-fiziki sistemlərdə sensor və sensor şəbəkələrinin enerji dayanıqlılığının artırılması üçün metod və alqoritmlərin işlənməsi”, eləcə də “Kritik infrastrukturlu sistemlərin kiberdayanıqlılığının təmin edilməsi üçün metod və alqoritmlərin işlənməsi” mövzuları üzrə araşdırmalar aparılıb, müəyyən nəticələr əldə olunub.

Xəbər lenti