Logo

Moskvada Hacı Zeynalabdin Tağıyevə həsr olunmuş fotosərgini 98 min 745 nəfər ziyarət edib

02.01.2024 17:29 161 baxış
IMG

Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Azərbaycan” pavilyonunda Milli Azərbaycan Tarixi Muzeyi (MATM), Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin törəmə müəssisəsi olan “SOCAR RUS” şirkəti və Xantı-Mansiysk Muxtar Dairəsi – Yuqranın büdcə təşkilatı Geologiya, Neft və Qaz Muzeyinin (Rusiya Federasiyası) birgə təşkilatçılığı ilə keçirilmiş “Hacı Zeynalabdin Tağıyev – sənayeçi və mesenat. Şəxsiyyətin Rusiya və Azərbaycan tarixindəki rolu” adlı beynəlxalq fotosərginin ziyarətçi sayı açıqlanıb.

Bu barədə "Tehsil.biz"ə MATM-dən məlumat verilib.

Bildirilib ki, “Azərbaycan” pavilyonundan alınan məlumata əsasən, sərgini 98.745 nəfər ziyarət edib.

Beynəlxalq səyyar sərginin digər məkanlarda da keçirilməsi nəzərdə tutulub. Sözügedən fotosərgi bundan öncə Xantı-Mansiysk Geologiya, Neft və Qaz Muzeyində təşkil olunub.

Xəbər lenti