2023-cü ildə 40 təhsil müəssisəsində tikinti-quraşdırma işləri aparılıb.
Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən bildirilib.
Qeyd olunub ki, onlardan 3-ü peşə, 3-ü məktəbdənkənar, 1-i internattipli, 33-ü ümumi təhsil müəssisəsidir.