Logo

Kəlbəcər rayon 31 saylı məktəbin müəllimi Təhsil nazirinə müraciət etdi

02.04.2021 15:47 2230 baxış
IMG

Azərbaycan Respublikası Təhsil Naziri Emin Əmrullayev cənablarına Kəlbəcər rayon sakini, Kəlbəcər rayon 31-saylı tam orta məktəbin müəllimi İsmayılov Kamil Allahverdi oğlu tərəfindən
Ərizə

 

Cənab nazir, işlədiyim Kəlbəcər rayon 31-saylı tam orta məktəbin direktoru Namiq Rəcəbovun saxta əməlləri barədə bir neçə faktı Sizə çatdırmaq istəyirəm. Namiq Rəcəbov 2001 – ci ildə İnşaat Universitetin bitirib, Qəbələ rayon peşə məktəbində təlim ustası kimi fəaliyyətə başlayıb. Peşə məktəbində işləməyinə baxmayaraq 2002 – ci ildə Kəlbəcər rayon 31-saylı tam orta məktəbin direktorundan saxta arayış əldə etmişdir ki, guya Kəlbəcər rayon 31-saylı tam orta məktəbində riyaziyyat müəllimi işləyib. Halbuki həmin məktəbdə 1993 – cü ildən indiyədək riyaziyyat fənnin mən və digər müəllim tədris edib. Həmin saxta arayışı Gəncə Müəllimlər İnstitutuna təqdim edərək 2003-cü ildə riyaziyyat və informatika ixtisasi üzrə guya Yenidənhazırlanma kursunu bitirmişdir.(Onu da qeyd edim ki, eyni müddətdə həm peşə məktəbində işləmişdir, həmdə Gəncə şəhərində kursda olmuşdur. Belə hal mümkündürmü?) Həmin ildən Kəlbəcər rayon 31-saylı tam orta məktəbin direktoru, saxta arayış verən, İzzət Bayramov, Namiq Rəcəbova ehtiyac olmadığı halda riyaziyyat və informatika müəllimi kimi işə qəbul edir. 2019 – cü ildə Namiq Rəcəbov məktəbə direktor təyin olundu, elə həmin gündən direktor özünəməxsus saxtakar əməllərin davam etdirdi. Öz yaxınlarından ibarət qrup ( vor zakon dəstəsi) yaradılaraq haqqın tələb edənləri cəzalandırır, ən zəif cəza töhmətlə nəticələnir. MİQ vasitəsilə məktəbə təyin olunmuş müəllimlərə bilərəkdən, qanunsuz olaraq H(1) kompensasiyası ödənilir. Özü kimi saxtadiplomlu, (təhsil nazirliyinin onların diplomlarının dövlət nümunəli olmadığını təsdiq etdiyi halda) məhkəmə qətnaməsi olmayan şəxsləri dərs saatları ilə qanunsuz olaraq təmin etmişdir, Sinif otaqları sayı az olduğu halda bir növbədə 12 sinif komplekti necə dərs keçmişdir? Nitq qüsurlu, danışıq qabiliyyətinə malik olmayan, lal uşağı evdətəhsilə cəlb etmişdir, halbuki həmin uşağa xüsusi təhsil müəssisəsi lazımdır. Evdətəhsilə cəlb olunmuş digər şagirdlərə indiyə qədər heç bir fənndən dərs keçilməmişdir, şagird fənn müəllimlərini hələ tanımır, dərnək və əlavə məşğələlər keçilmədən onların pulları mənimsənilir. Məktəbin 7 nəfər texniki işçisinə bilərəkdən, vəzifə səlahiyyətlərinən sui – istifadə edərək 20% əlavə əməkhaqqı yazmışdı. (Bu proses bir il ərzində davam etmişdir) Məktəbin təsərrüfat müdiri iş saatlarının toqquşmasına baxmayaraq ikinci iş yerində də işləyirmiş, məktəbin müəllimi əsas işyeri otel olmağına baxmayaraq məktəbdə (iş saatlarının toqquşmasına baxmayaraq) məktəbdə dərs aparmışdır. Direktor belə qanundankənar əməllərinə yol verməklə bilərəkdən həmin şəxslərə 8 ay maaş yazmışdır.


Namiq Rəcəbov məktəbdə dərs bölgüsünü öz maraqlarına uyğun olaraq aparır, dərs saatlarını və sinif rəhbərliyini hərraca çıxarır. Naməlum səbəblərdən çoxillik təcrübəyə malik müəllimlərin əlindən sinif rəhbərliklərin alıb bir gün belə pedaqoji stajına malık olmayan müəllimlərə verir.


Direktorun bu və ya digər saxta əməlləri barədə dövlət orqanlarına rəsmi məlumatlar verdiyim üçün 2020 ci ilin sentyabr ayından etibarən mənə və yoldaşıma qarşı qərəzli mövqe nümayiş etdirir. 2020 – ci ilin sentyabr ayının 22 – də heç bir xəbərdarlıq etmədən, (maddə 68. 2.d bəndi) qanunsuz olaraq, 8-saylı ƏMHM-nin rəisi Fərahid Qəhrəmanovun göstərişilə yoldaşımı işdən azad etmişdir. (Yoldaşım 1990 – cı ildən indiyədək məktəbdə texniki işçi kimi çalışmışdır) 08.10.2020 – ci ildə şəhid qohumun yas mərasimində iştirak etdiyimə görə 10. 10 2020 – ci il tarixdə fövqəladə iclas təşkil edərək (maddə 10,a,b,c bəndləri) məni 6-cı sinifdə dərs keçdiyim zaman dərsi dayandırıb məni iclasa cağırtırıb mənə həm töhmət, həm sinif rəhbərliyim, həm də 5 saat dərsimi əlimdən almaq kimi üç cəza tədbiri görüldü. Cənab nazir belə cəza tədbirləri tək mənə tətbiq olunub, yoxsa şəhidlərimizin yas mərasimində iştirak edən hər bir kəsə tətbiq olunur ? Onu qeyd edim ki, direktor öz saxta əməllərin ört-basdır edilməsi üçün lazımi dövlət orqanlarına izahat əvəzində şikayətçi barəsində yanlış və böhtan xarakterli məlumatlar verir. Əmək Məcəlləsindən və təhsil qanunundan xəbəri olmayan, inşaatcı, saxta arayış əsasında pedaqoq diplomunu əldə edən bu şəxs direktorların müsahibəsindən necə və hansı yolla keçmişdir? Xahiş edirəm Namiq Rəcəbovun qərəzli və qanunsuz əməlləri araşdırılıb lazımi qiymət verilsin.
İmza. İsmayılov Kamil

Xəbər lenti