Yekaterinburqdan olan gözəllik bloqçusu Rusiya prezidenti vəzifəsinə namizəd kimi qeydiyyata alınmaq üçün sənədlərini Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasına təqdim edib.
Tehsil.biz xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Mərkəzi Seçki Komissiyası da öz növbəsində gözəllik blogerinə 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizəd olmaq üçün bölgələrdə imza toplamağa icazə verib.