Logo

“Dini radikalizm və ekstremizmə qarşı mübarizədə təhsilin rolu” layihəsi çərçivəsində növbəti tədbir - FOTO

03.01.2024 18:00 342 baxış
IMG

Bakı şəhər 7 saylı tam orta məktəbdə “Dəyər” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi “Dini radikalizm və ekstremizmə qarşı mübarizədə təhsilin rolu” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbir “Dəyər" Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Cəfərova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Rəşadət Hidayətov, Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev, Azərbaycan Türkiyə Qida Təhlükəsizliyi İB-nin sədri Məhsəti Hüseynova da iştirak edib.

Sonra şagirdlərin sualları cavablandırılıb. Bütün tədbir iştirakçılarına sertifikatlar, “Dini radikalizm və ekstremizmə qarşı mübarizədə təhsilin rolu” adlı kitabçalar paylanılıb.

Xəbər lenti