Logo

9-cu sinifdə oxuyan qız nişanlandı

03.01.2024 18:22 352 baxış
IMG

Masallı rayonunda 9-cu sinifdə oxuyan qız nişanlanıb.

Tehsil.biz xəbər verir ki, bu haqda sosial şəbəkələrdə paylaşılıb.

İddialara görə, qızın və oğlanın ailəsi nişan mərasimi keçirməyə cəhd edib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, məsələ ilə bağlı dərhal müvafiq araşdırma aparılıb:

“Həmin ailə müəyyən edilib və qızın valideynləri Masallı Rayon Polis Şöbəsinə dəvət edilib. Polis əməkdaşları və Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın əməkdaşı tərəfindən qızın valideynləri ilə izahedici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri ona izah edilib.

Qızın valideynləri sözügedən məsələ ilə bağlı hər hansı mərasimin keçirilmədiyini, sadəcə gələcəkdə evliliyin baş tuta biləcəyi ilə bağlı qonşuluqda yaşayan ailə ilə aralarında razılıq olduğunu bildirib. Həmçinin, araşdırma zamanı azyaşlının dərsə davamiyyətinin də qaydasında olduğu müəyyən edilib.

Sözügedən məsələ, o cümlədən yeniyetmənin təhsilinə davam etməsi mütəmadi şəkildə diqqətdə saxlanılacaq".

Xəbər lenti