Logo

Lənkəranda valideyn himayəsindən məhrum olan uşaqlar üçün bayram şənliyi keçirilib - FOTO

04.01.2024 10:48 340 baxış
IMG

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Lənkəran şəhər 2 nömrəli ailə tipli kiçik qrup evində valideyn himayəsindən məhrum olan uşaqlar üçün bayram şənliyi keçirilib.

Tehsil.biz xəbər verir ki, Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin və Secret Kitab Evinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən mərkəzin direktoru uşaqları bayramlar münasibətilə təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb.

Şaxta baba və cizgi film qəhrəmanlarının çıxışları uşaqlar tərəfindən maraqla qarşılanıb. 

Tədbirdə balacaların ifasında mahnılar səsləndirilib və səhnəciklər nümayiş olunub.

Xəbər lenti