Logo

Zukerberq son iki ayda “Meta”nın yarım milyard dollarlıq səhmlərini satıb

04.01.2024 17:33 336 baxış
IMG

“Meta Platforms” şirkətinin rəhbəri Mark Zukerberq 2023-cü ilin dördüncü rübündə təxminən 428 milyon dollar dəyərində şirkət səhmlərini satıb.

Tehsil.biz xarici KİV-ə istinadən xəbər verir ki, bu, onun iki ildən sonra ilk səhm satışıdır və şirkətin səhmlərinin qiymətinin son yeddi ildə ən aşağı səviyyəyə enməsi fonunda baş verib.

Qeyd edək ki, Zukerberq noyabrın 1-dən ilin sonuna qədər hər ticarət günü səhm sataraq, təxminən 428 milyon dollar dəyərində 1,28 milyon səhm satıb.

Orta hesabla hər satış 10,4 milyon dollar gəlir gətirib. Onlardan ən böyüyü dekabrın 28-də 17,1 milyon dollar olub.

Xəbər lenti