Cəlilabadda dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulmuş gənc qız vəfat edib. Rayonun Sabirabad kənd sakini bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
Tehsil.biz xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, 2023-cü il dekabrın 30-da rayonun Sabirabad kənd sakini 31.10.2002-ci il təvəllüdlü (cinsi qadın) vətəndaş Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə ağır vəziyyətdə hospitalizasiya olunub:
"Ona dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub. Pasiyentə zəruri tibbi yardım göstərilsə də, həkimlərin səylərinə baxmayaraq yanvarın 4-də saat 10:30 radələrində vəfat edib".
17:00
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbəsi qızılcadan vəfat edib.
Tehsil.biz xəbər verir ki, infeksion xəstəliklər şöbəsində qızılca xəstəliyindən müalicə alan Cəlilabad rayonu Sabirabad kənd sakini Sevil Cabbar qızı İbayevan bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
Qeyd edək ki, o, Azərbaycan Dövlət Pedaqoji Universitetinin sonuncu kursunda təhsil alırdı.