Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinə qrant layihələrinin qəbulu başa çatıb.
Təhsil Nazirliyindən Tehsil.biz-a bildirilib ki, müsabiqəyə ümumilikdə 971 qrant layihəsi təqdim edilib. Layihə qəbulu ümumi təhsil müəssisəsi və fərdi kateqoriya üzrə aparılıb. Layihələrdən 229-u ümumi təhsil müəssisəsi, 742-i isə fərdi kateqoriya üzrə olub.
Təqdim edilmiş layihələr üzrə texniki və məzmun ekspertizası başa çatdıqdan sonra nəticələr Təhsil Nazirliyinin rəsmi internet saytı vasitəsilə elan ediləcək.