Logo

Baku.ws portalının 20 yaşı tamam olur

05.01.2024 10:07 167 baxış
IMG

Bu gün - 5 yanvar Baku.ws saytının fəaliyyətə başlamasından 20 il ötür.

Tehsil.biz xəbər verir ki, Baku.ws yarandığı ilk günlərdən məhdud kollektiv və imkanlarla ölkənin internet resursları arasında öz sözünü deməyi bacarıb. Peşəkarlıq və operativlik yarandığı ilk günlərdən Baku.ws-ə populyarlıq qazandırıb.

Bu gün sayt Azərbaycan və rus dillərində fəaliyyət göstərən ən oxunaqlı, operativ və etibarlı xəbər istehsalçılarından biridir. Baku.ws-də Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair xəbər, analitik yazı, reportaj, müsahibə və araşdırmalar, eyni zamanda regionda və dünyada baş verən ən son xəbərləri izləmək mümkündür.

Daim eksklüziv xəbərlərlə oxucuların rəğbətini və etimadını qazanan Baku.ws 20 il ərzində Azərbaycan seqmentində etibarlı KİV resurslarından birinə çevrilərək bu statusunu bu günədək qoruyub saxlayır.

Baku.ws Azərbaycanın “Instagram” seqmentində də öz sözünü demiş, ən oxunaqlı və etibarlı səhifə adını qazanıb. 1,1 milyon izləyicisi olan Baku.ws “Instagram” səhifəsi ölkə seqmentində ilk və yeganə rəsmi xəbər səhifəsidir.

Azərbaycanda təşkil olunan xeyriyyə aksiyaları saytın daima diqqətində olub. Baku.ws 20 il ərzində bir çox xeyriyyə aksiyalarında qatılıb, ehtiyaclı və aztəminatlı insanlara dəstək olub və onların problemlərinin həllində yaxından iştirak edib.

Baku.ws 20 il ərzində bir çox mükafat qazanıb, populyarlaşıb və Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrindən birinə çevrilib.

Tehsil.biz kollektivi olaraq həmkarlarınmızı təbrik edir, onlara gələcək fəaliyyətində uğurlar arzu edirik.

Xəbər lenti