Logo

Cari tədris ilində ümumi təhsil müəssisələri üçün 61 adda dərslik yenilənib

05.01.2024 13:29 264 baxış
IMG

2023–2024-cü tədris ilində ümumi təhsil müəssisələri üçün 61 adda dərslik yenilənib.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 318 adda 7 758 970 nüsxə dərslik çap edilib və məktəblərə çatdırılıb. 21 adda dərsliyin Brayl əlifbasında törəmə nəşrləri hazırlanaraq çap edilib və xüsusi təhsil müəssisələrinə çatdırılıb.

Bundan başqa, 4 azsaylı xalqın dilində 13 adda dərslik yenilənib və 19 150 nüsxədə çap edilərək ümumi təhsil müəssisələrinə çatdırılıb.

Mərcanə Əsədova

Xəbər lenti