“Biz hələ uşaqları əmək bazarında görmürük. Amma növbəti 10-15 ildən sonra mütləq ki, görəcəyik. Bir ölkənin 410 min uşağı proqramlaşdırma ilə məşğul olursa, inanıram ki, bunun müsbət təsirləri olacaq. Yəni indikindən daha yaxşı əmək bazarına sahib olacağıq. Biz texnologiyanın həyatımızı nə qədər dəyişdiyini anlamalıyıq. Ona görə də STEM təhsili, eləcə də rəqəmsal bacarıqlar hələlik layihə formasında bizim məktəblərdə tətbiq olunur”.
Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev İTV-yə müsahibəsində deyib.
Nazir bildirib ki, rəqəmsal bacarıqlar layihəsi 410 min, STEM isə 100 min uşağı əhatə edir.
"Layihələrin 400 məktəbdə, eləcə də rayonlarda yaradılan regional mərkəzlər vasitəsilə icra edilir", - nazir qeyd edib.
Emin Əmrullayev bildirib ki, hazırda bu layihələrin daha çox şagirdi əhatə etməsini hədəflədiklərini qeyd edib:
"Həm rəqəmsal bacarıqlar, həm də STEM layihələrinin müəyyən elementləri milli kurikuluma salınacaq".